Gürcüstan Parlamenti əlavə təhlükəsizlik tədbirləri ilə bağlı bəyanat yayıb.
InterPress.ge xəbər verir ki, tədbirin məqsədi mümkün təxribatların qarşısını almaqdır.
“Noyabrın 9-da saat 18:00-dan etibarən Gürcüstan Parlamenti sədrinin 30 dekabr 2016-cı il tarixli N259/3 nömrəli “Parlament Sarayında və ətraf ərazilərdə təhlükəsizlik rejimi haqqında” sərəncamı ilə müəyyən edilmiş qaydaya uyğun olaraq , KİV nümayəndələri istisna olmaqla, Parlament binasına məhdud giriş tətbiq olunacaq.
Bu tədbirin məqsədi mümkün təxribatların qarşısını almaq və Gürcüstan Parlamentinin üzvləri və Aparatın əməkdaşları üçün iş şəraiti yaratmaqdır”, - deyə məlumatda bildirilir.
