InterPress.ge xəbər verir ki, bu barədə Qaçqınlar, Əmək, Səhiyyə və Sosial Müdafiə Nazirliyi məlumat yayıb.
Qurumdan verilən məlumata görə, pul əlavəsi ilk peyvənddən sonra veriləcək.
"Sosial Xidmət Agentliyinə ayda iki dəfə, ayın 1-də və 15-də peyvənd olunmuş şəxslər haqqında məlumat veriləcək. Agentlik məlumatı aldıqdan sonra növbəti 5 iş günü ərzində pulun peyvənd olunmuş şəxsə köçürülməsini təmin edəcək. 2021-ci ildə yardım göstərilə bilməyən benefisiarlar gələn ilin əvvəlində bu yardımdan faydalanacaqlar", - məlumatda deyilir.
