09 
Nybr
2021
13:11
3511

Dövlət müfəttişi Saakaşviliyə qarşı mümkün qeyri-insani rəftarla bağlı araşdırmalara başladı

Dövlət Müfəttişliyi Xidməti Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşviliyə qarşı mümkün qeyri-insani rəftarla bağlı araşdırmalara başlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə qurumun bəyanatında qeyd olunub.

Məlumata görə, əvvəlcə Mixail Saakaşvili dindiriləcək, daha sonra tibbi müayinə də daxil olmaqla, zəruri istintaq və prosessual tədbirlər planlaşdırılacaq.

“Xalq Müdafiəsi Aparatından daxil olan məlumat, o cümlədən sosial şəbəkədə və KİV-də yayılan məlumatlar əsasında Dövlət Müfəttişliyinin İstintaq Departamentində 09 noyabr 2021-ci il tarixdə Gürcüstanın üçüncü prezidenti Mixeil Saakaşviliyə qarşı qeyri-insani rəftarın mümkün olması ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 144-cü maddəsinin 2-ci hissəsinin “a”, “b”, “e” və “z” yarımbəndlərində nəzərdə tutulmuş cinayət əlamətləri ilə istintaq başlanıldı. 

Dövlət Müfəttişliyi Xidməti Mixeil Saakaşvilinin dindirirməsi üçün onun vəkili ilə əlaqə saxladı. O, dindirildikdən sonra onun verdiyi məlumatlar əsasında M. Saakaşvili ilə bağlı zəruri istintaq və prosessual tədbirlər, o cümlədən tibbi müayinə nəzərdə tutulur.

Artıq Dövlət Müfəttişliyi Xidməti məhkəmənin qərarı əsasında 8 noyabr 2021-ci il tarixdə M. Saakaşvilinin hərəkətini əks etdirən videokasetlərin, o cümlədən, 12 saylı cəzaçəkmə müəssisəsindən 18 saylı cəzaçəkmə müəssisəsinə aparılmasını əks etdirən videoçəkilişlərinin arxivləşdirilməsi tələbi ilə Xüsusi Penitensiar Xidmətə müraciət etdi.

Dövlət Müfəttişliyi Xidməti qısa müddət ərzində bütün zəruri istintaq və prosessual tədbirləri həyata keçirəcək. Bundan əlavə, Xidmət istintaqa cəlb olunmaları və istintaqın gedişi barədə məlumatlandırılmaları üçün cinayət işinin istintaqı çərçivəsində M.Saakaşvili və onun vəkilləri ilə əməkdaşlıq edəcək", - deyə məlumatda qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər