09 
Nybr
2021
11:20
628

Etirazçılar Ədliyyə Nazirliyinin qarşısına toplaşdı

“Milli Hərəkat”ın üzvləri, tərəfdarları və vətəndaş fəalları Ədliyyə Nazirliyinin qarşısında aksiya keçirirlər.

InterPress.ge xəbər verir ki, etirazçılar, o cümlədən Vahid Milli Hərəkat Partiyasının sədri Nika Melia və digər liderlər hökumət administrasiyasından nazirliyə doğru yürüş ediblər.

Onların tələbi Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin mülki klinikaya köçürülməsi və azad edilməsidir.

Etirazçılar əraziyə səs aparatları gətiriblər və çıxışlara hazırlaşırlar.

Polis Nazirliyin girişində kordon təşkil edib, binanın pilləkənləri tamamilə bağlanıb.

Xatırlatmaq istərdik ki, Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili dünən Rustavidəki 12-ci Cəzaçəkmə Müəssisəsindən 18-ci Qldani Cəzaçəkmə Müəssisəsinin Tibb Mərkəzinə köçürülüb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər