"Mixeil Saakaşviliyə münasibət utancvericidir".
InterPress.ge xəbər verir ki, bu sözləri The Heritage Foundation-ın analitiki Luk Kofi Twitter-də yazıb.
"Sevimli Gürcüstanın daxili işlərini şərh etməyi xoşlamıram. Saakaşviliyə qarşı rəftar biabırçılıqdır. Saxlanıldığı müddətdə hakimiyyət onun rifahını təmin etmək öhdəliyi daşıyır. O, ədalətli və şəffaf məhkəmə prosesində özünü istənilən ittihama qarşı müdafiə etmək hüququna layiqdir", - deyə o yazıb.
