Gürcüstanda daha 23 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib.
Belə ki, ölkəmizdə COVID-19 infeksiyasından sağalanların ümumi sayı 372-ə çatıb.
Məlumata görə, ölkədə karantində 4373, stasionar nəzarətdə isə 386 nəfər saxlanılır.
Qeyd edək ki, bu günə qədər Gürcüstanda COVID-19 infeksiyasına 647 nəfər yoluxub, onlardan 11 nəfər dünyasını dəyişib.
