08 
Nybr
2021
16:10
491

Etnik azlıqlara orijinal soyadın verilməsi üçün xüsusi mexanizm yaradılacaq

Parlament Bürosunun bu gün keçirilən iclasında etnik azlıqlara orijinal soyadın verilməsi üçün konkret mexanizmin yaradılmasını nəzərdə tutan dəyişikliklər təqdim olunacaq.

InterPress.ge xəbər verir ki, dəyişikliklərlə, orijinal olmayan soyadların verilməsi təcrübəsinin baş verdiyi millətlərin siyahısını öyrənmək və ədliyyə nazirinə təqdim etmək səlahiyyəti olan müvəqqəti komissiya yaradılacaq.

“Gürcüstanda yaşayan bəzi etnik qrupların nümayəndələrinin soyadları süni şəkildə, eyni etnik qrupun tarixi-mədəni ənənələri üçün səciyyəvi olmayan üsulla yaradılıb. Gürcüstanda soyadın dəyişdirilməsi ilə bağlı bu təcrübə Rusiya İmperiyası dövrünə təsadüf edir. Bu proses sovet dönəmində, xüsusən də rus dilinin hökmranlığının diktə etdiyi assimilyasiya siyasəti ilə bir sıra etnik qruplara xas olan soyadların zorla dəyişdirilməsi zamanı daha da intensivləşdi. Bu proses təkcə Gürcüstanda baş vermədi. Məsələn, Sovet İttifaqı zamanı Azərbaycan soyadlarının şəkilçiləri rus soyadlarına xas şəkilçilər qazanmışdır. Məlumdur ki, Gürcüstanda və Sovet İttifaqının tərkibində olan digər ölkələrində yaşayan digər etnik qruplarda (yezidilər, yunanlar) da oxşar yanaşma tətbiq edilib.

Elə hallar olub ki, soyad yalnızca dəyişdirilməyib, tam süni şəkildə formalaşdırılıb və konkret şəxslərə aid edilib. Etnik azlıqlar öz şəxsiyyətlərinə xas olan soyad daşımaq hüququndan məhrum ediliblər və bu əsassız mədəni hökmranlıq metodundan istifadə etməklə həmin şəxslər özlərinə məxsus, orijinal soyadlara malik olmaq imkanından məhrum ediliblər”, - deyə qanun layihəsində bildirilir.

Həmçinin qanun layihəsi əsasında ədliyyə nazirinə soyadın dəyişdirilməsi prosedurları və onunla bağlı məsələlərin tənzimlənməsi barədə əmr vermək səlahiyyəti verilib. Eyni sərəncamda soyadın dəyişdirilməsi proseduru ilə bağlı xidmətlərin haqqı da müəyyən edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər