13 
May
2020
10:32
844

Gürcüstanda koronavirusa beş yeni yoluxma halı qeydə alındı - RƏSMİ

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) 5 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge-nin xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında bildirilib.

Bununla da ölkədə virusa yoluxanların sayı 647 nəfərə çatıb.

Qeyd olunub ki, koronavirus səbəbi ilə 4373 nəfər karantində saxlanılır, 386 nəfər isə stasionar şəraitdə müalicə olunur.

Qeyd edək ki, koronavirus səbəbi ilə 11 nəfər vəfat edib.

Xatırladaq ki, Gürcüstanda yeni növ koronavirusa ilk yoluxma halı fevralın 26-da təsdiqlənib.

Bizimlə əlaqə saxlayın