08 
Nybr
2021
14:58
1748

Baş nazir vaksinasiyanın məcburi olub-olmayacağına aydınlıq gətirdi

"Vaksinasiya məcburi deyil və olmayacaq".

InterPress.ge xəbər verir ki, bunu baş nazir İrakli Ğaribaşvili brifinqdə deyib.

Onun sözlərinə görə, bu, hökumətin qəti qərarıdır və dəyişməyəcək.

"İmmunizasiya kampaniyası daha da aktivləşəcək və ölkə üzrə bütün bələdiyyələrdə peyvəndlə bağlı təşviqat tədbirləri keçiriləcək. Bir daha vətəndaşlarımızı peyvəndləmə prosesində fəal iştirak etməyə, maska taxmağa və sosial məsafəni qorumağa, özlərinin və yaxınlarının sağlamlığının qeydinə qalmağa çağırıram. Fərziyyə və dezinformasiyanın yayılmaması üçün deyirəm ki, vaksinasiyayı məcburi etməyəcəyik, vaksinasiya məcburi deyil və olmayacaq. Bu, bizim qəti qərarımızdır və mən bu qərarı dəyişməyəcəyəm. Vətəndaşlarımıza izah etməliyik ki, vaksinasiya pandemiyaya son qoymağın həll yoludur. Peyvənd bizi ölümdən qoruyur", - baş nazir deyib.

Baş nazirin qeyd etdiyinə görə, məcburi vaksinasiya insanların seçiminə kobud müdaxilədir. Onun qeyd etdiyinə görə, əhalinin əksəriyyəti məcburi vaksinasiyaya dəstək vermir.

"Mən baş nazir kimi hər bir vətəndaşın fikrini nəzərə almağa borcluyam. Vətəndaşlarımızın əksəriyyəti məcburi peyvəndin tərəfdarı deyil, üstəlik, dünya ölkələrinin böyük əksəriyyətində könüllü peyvənd tətbiq edilməkdədir. Risk qruplarına gəlincə, biz bu insanları inandırmaq üçün əlimizdən gələni edirik. Təsadüfi deyil ki, biz 60 yaşdan yuxarı olanlar üçün 200 lari əlavə və bizim ixtiyarımızda olan bir çox digər mexanizmlər kimi həvəsləndirmə mexanizmi tətbiq edirik. Məcburi peyvənd insanların seçimlərinə kobud müdaxilədir. Hər bir vətəndaşın seçim azadlığı var. Baş nazir kimi mən bütün insanların seçim azadlığının olmasını təmin edirəm", - deyə baş nazir bəyan edib.
 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər