SON DƏQİQƏ! Dekabrın 1-dən bu obyektlərə girmək üçün kovid pasport tələb olunacaq
Koordinasiya Şurasının qərarına əsasən, dekabrın 1-dən yaşıl pasportlar sistemi işə salınacaq.
InterPress.ge xəbər verir ki, bu barədə baş nazir Koordinasiya Şurasının iclasından sonra bildirib.
Onun sözlərinə görə, bura ikiqat peyvənd, 72 saatlıq PCR testi, 24 saatlıq antigen testi və ya koronavirusdan sağalma arayışı daxildir.
Bununla belə, qeyd etmək lazımdır ki, digər ölkələrdə olduğu kimi koronavirusu keçirməsinə dair vaxt məhdudiyyəti olmayacaq.
"Kovid keçirənlərə 6 aylıq məhdudiyyətin qoyulması ilə bağlı fikir var idi, amma mənim tövsiyəm o idi ki, biz bu məhdudiyyəti aradan qaldıraq və şura bunu bölüşdü, ona görə də koronavirusdan sağalmış şəxs yaşıl statusa sahib olacaq", - baş nazir bildirib.
Yaşıl status tələbi 18 yaşdan yuxarı vətəndaşlara və turistlərə şamil ediləcək.
“Dekabrın 1-dən vətəndaşlar müxtəlif obyektlərə, o cümlədən qida obyektlərinə, kinoteatrlara, opera teatrlarına, muzeylərə, əyləncə mərkəzlərinə, qumar biznesi obyektlərinə və s. kimi yerlərə yalnız yaşıl pasportla daxil ola biləcəklər. Tələb işçilərə deyil, yalnız obyektlərin qonaqlarına şamil ediləcək”, - İrakli Ğaribaşvili bildirib.
O, ölkədə peyvəndin məcburi olmayacağını bir daha vurğulayıb.


