Monastır ərazisində baş verən insidentlə bağlı polis yeddi nəfəri saxladı
Martvilidə, monastır ərazisində baş verən insidentlə bağlı polis 7 nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən məlumat verilib.
Məlumata görə, İnzibati Xətalar Məcəlləsinin polisin qanuni tələbinə tabe olmama və xırda xuliqanlıq etməyi nəzərdə tutan 166 və 173-cü maddələr ilə altı nəfər, polis məmuruna hücm etməyi nəzərdə tutan 353-cü prima maddəsi ilə isə bir nəfər saxlanılıb.
Eyni zamanda, onların sözlərinə görə, Daxili İşlər Nazirliyinin balansında olan avtomobilin zədələnməsi faktı Cinayət Məcəlləsinin 187-ci maddəsi ilə araşdırılır.
Qeyd edək ki, bu gün səhər saatlarından etibarən Martvili Salxino Ataları Monastırı və Gğondidi Yeparxiyasının ərazisində səs-küy baş verib.


