07 
Nybr
2021
16:07
350

Marneulidə Covid-19-a qarşı peyvəndlərlə bağlı məlumatlandırıcı görüş keçiriləcək

8 noyabr, 15:00-da, Marneuli Mülki Məşğulluq Mərkəzində (Qiorqadze №1, Marneuli)- Covid-19-a qarşı peyvəndlərlə bağlı məlumatlandırıcı görüş keçiriləcək.

InterPress.ge xəbər verir ki, görüş Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Mülki Məşğulluq və Aktivizm Mərkəzinin(CEAC) birgə təşkilatçılığı ilə həyata keçiriləcək.

Görüş BMTİP və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq üzrə Milli Mərkəzin “Həyatını xilas et” adlı birgə məlumat kampaniyasının bir hissəsidir.

Kampaniya Gürcüstan Hökuməti, İşğal Olunmuş Ərazilərdən Məcburi Köçkünlər, Əmək, Səhiyyə və Sosial Məsələlər Nazirliyi və o, cümlədən Danimarka, Böyük Britaniya, Avropa İttifaqı, İsveç, İsveçrə və Birləşmiş Krallıq və BMT-nin Sabit İnkişaf Fondu tərəfindən dəstəklənir. 

Mövzu ilə maraqlanan şəxslər tədbirə dəvət olunur.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər