06 
Nybr
2021
21:32
484

Qardabani Gənclər Mərkəzində Qarabağ zəfərinin ildönümünə həsr edilmiş tədbir keçirildi

Qardabani Gənclər Mərkəzi Qarabağ zəfərinin ildönümünə həsr edilmiş tədbir keçirib.

InterPress.ge xəbər verir ki, tədbir “Qardabani Gənclər Mərkəzi”, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə həyata keçirilib.

Məlumat görə, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “Zəfərə doğru addımla” layihəsi çərçivəsində 5 istiqamət üzrə müsabiqələrin mükafatlandırma mərasimi həyata keçirilib.

Mükafatlandırma mərasimində Azərbaycanının Gürcüstandakı səfirliyinin nümayəndəsi Sərxan İsmayılov, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Onur Sevim, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Nəriman Əliyev, Sabit Məmmədov və Ceyhun Abbasov, Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, “Azərbaycan-Türkiyə Qida Təhlükəsiliyi” İctimai Birliyinin sədri və “Zəfərə doğru addımla” layihəsinin rəhbəri Məhsəti Hüseynova, keçmiş millət vəkili, “Gürcüstan Azərbaycanlıları Ağsaqqallar Şurası”nın sədri İshaq Novruzov, “Yaşılay” Gürcüstanın sədri Zviad Kochalidze, “Yaşılay” Gürcüstanın idarə heyətinin üzvü Həcər Mustafayeva, “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı”nın sədri Musa Hacıyev və bir çox gənclər iştirak edib.

Rəsm müsabiqəsi üzrə 1-ci yer üzrə qaliblərə planşet, 2-ci və 3-cü yer qaliblərə mobil telefonlar, digər iştirakçılara isə qol saatı, müxtəlif qiymətli hədiyyələr və diplomlar təqdim olunub.

Bildirilir ki, layihənin 3 ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcəkdir.

(hsb)

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər