"Mixail Saakaşvili tibb işçilərinin, o cümlədən dəvət olunmuş həkimlərin daimi nəzarəti altındadır. Onun səhhəti stabildir, əsas həyati göstəriciləri norma daxilindədir".
InterPress.ge xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xüsusi Penitensiar Xidmətin Tibb İdarəsinin rəis müavini Qiorqi Çidraşvili deyib.
Onun sözlərinə görə, Saakaşvili lazımi qida əlavələri alır.
"Sizə dediyim kimi, bunlar qida əlavələri, zəruri qida əlavələridir, o cümlədən maye şəklində qəbul olunur", – Qiorqi Çidraşvili bildirib.
Onun sözlərinə görə, Saakaşvilinin səhhəti həkimlər şurası tərəfindən daim nəzarətdə saxlanılır və indiki mərhələdə onun xəstəxanaya yerləşdirilməsinə ehtiyac yoxdur.
