12 
May
2020
20:57
821

Gürcüstan Azərbacanlıları İnteqrasiya Mərkəzi 1000 aztəminatlı ailəyə dəstək göstərib

Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzi (GAİM) ardıcıl və sistemli şəkildə aztəminatlı ailələrə yardım kampaniyasını həyata keçirib.

InterPress.ge xəbər verir ki, GAİM bu günə kimi ümumilikdə 1000 aztəminatlı ailəyə yardım göstərib.

Dəstək aksiyalarının keçirilməsi ilə bağlı rəsmi məktublarla Marneuli, Bolnisi, Telavi, Saqareco Laqodexi, Rustavi, Qardabani və Dmanisi merlərinə müraciət olunub. Daha sonra hər ərzaq paketinə un, düyü, makaron, vermişel, qarabaşaq, şəkər tozu, qənd, günəbaxan yağı, duz və çay daxil olan bağlamalar ünvanlarına çatdırılması üçün həmin meriyaların nümayəndələrinə təhvil verilib.

Belə ki, GAİM tərəfindən Marneuli (250 ailə), Bolnisi (150 ailə), Telavi (100 ailə), Saqareco (100 ailə), Laqodexi (100 ailə), Dmanisi (100 ailə), Qardabani (100 ailə), Rustavi şəhərində (100 ailə) yaşayan və müvəqqəti çətinliklə üzləşmiş aztəminatlı ailələrə yardım göstərilib.

Xatırladaq ki, GAİM 2019-cu il aprelin 3-dən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə fəaliyyətə başlayıb.

Bizimlə əlaqə saxlayın