InterPress.ge məlumat verir ki, hərəkətin məhdudlaşdırılmasına səbəb bu gün Rustavidə 12-ci cəzaçəkmə müəssisəsi qarşısında keçirilməsi planlaşdırılan aksiyadır.
Eyni zamanda polis Rustavi qalası yaxınlığında dəmir bəndlər gətirərək ətraf ərazilərə yerləşdiriblər.
Xatırladaq ki, müxalifətin mitinqi saat 17:00-a təyin edilib. Etirazçıların əsas tələbi Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin çoxfunksiyalı klinikaya köçürülməsidir.
