Noyabrın 10-dək Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Gündüz havanın temperaturu Qərbi Gürcüstanın aran rayonlarında +20, +25, Şərqi Gürcüstanın aran rayonlarında +16, +21 dərəcə təşkil edəcək.
Məlumata görə, Tbilisidə yağmursuz hava davam edəcək. Havanın temperaturu +17, +19 dərəcə təşkil edəcək.
