Saakaşvilinin vəkili onunla görüşdən sonra açıqlama verdi
Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Şota Tutberidzenin sözlərinə görə, Mixail Saakaşvili özünü zəif hiss edir və enerjisi yoxdur.
InterPress.ge xəbər verir ki, bu barədə o Rustavidəki 12-ci cəzaçəkmə müəssisəsində üçüncü prezidenti ziyarət etdikdən sonra jurnalistlərə bildirib.
Onun sözlərinə görə, buna baxmayaraq, Saakaşvili hələ də ünsiyyət qura və hərəkət edə bilir.
"Mixail Saakaşvili zəifdir, uzun müddətdir ki, aclıq aksiyası keçirir və bu onun səhhətinə təsir edir. Artıq fiziki olaraq enerjisiz görünür. Bu mərhələdə ünsiyyət qura və hərəkət edə bilər, lakin əvvəlki görüşlərə nisbətən nəzərəçarpacaq dərəcədə zəifdir. Şura ilə bağlı heç bir dəyişiklik yoxdur. Üçüncü prezident şuranın artıq mövcud olan tövsiyə və göstərişlərinin yerinə yetirilməsini tələb etməkdə davam edir, həmçinin alternativ şuranın qəbulunu tələb edir", - Tutberidze bildirib.


