05 
Nybr
2021
12:55
548

2021-ci ildə yol qəzalarının sayı 2020-ci illə müqayisədə 17% çoxalıb

2021-ci ilin yanvar-sentyabr ayları arasında ölkə üzrə 4335 yol qəzası baş verib, nəticədə 305 nəfər ölüb, 5746 nəfər yaralanıb.  

InterPress.ge xəbər verir ki, sözügedən məlumatı “Təhlükəsiz Yollar Uğrunda Gürcüstan Alyansı” Daxili İşlər Nazirliyinin rəsmi məlumatına əsasən yayıb.

2021-ci ilin hər üç rübündə yol qəzalarının sayı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 17% artıb, ölüm halları 9,4% azalıb, bədən xəsarətləri isə 15% çoxalıb.

"2021-ci ilin üçüncü rübündə (iyul-avqust-sentyabr) 1573 yol-nəqliyyat hadisəsi baş verib, 116 nəfər ölüb, 2151 nəfər xəsarət alıb.

2020-ci ilin üçüncü rübü ilə müqayisədə (iyul-avqust-sentyabr) cari ilin müvafiq dövründə yol-nəqliyyat hadisələri 9,5 faiz artıb, ölüm halları 13,4 faiz azalıb, bədən xəsarətləri isə 6,4 faiz artıb.

Statistikaya görə, yol hərəkəti qaydalarının pozulması hallarının sayı artır, xüsusilə kobud qayda pozuntuları - əks zolaqda hərəkət, ötmə qaydalarının pozulması, sürət həddinin aşılması və s.

Bal sistemində bir neçə illik təcrübə bizə göstərdi ki, onun idarə edilməsinin çətinliyi səbəbindən kobud pozuntuların qarşısını almaq mümkün deyil. Ona görə də növbəti fəaliyyət mərhələsinə keçmək və kobud qayda pozuntularına görə balların azaldılmasına ağıllı kameralar vasitəsilə nəzarət edilməlidir.

Qeyd edək ki, Gürcüstanda yol qəzalarının əsas səbəblərindən biri sürət həddinin aşılmasıdır, şəhər yollarında qoyulan sürət həddinə yenidən baxılmalı və Avropa standartlarına yaxınlaşdırılmalıdır", -  “Təhlükəsiz Yollar Uğrunda Gürcüstan Alyansı” təşkilatının yaydığı məlumatda deyilir.

Bizimlə əlaqə saxlayın