Çörəyin qiyməti yenidən qalxa bilər
"Çörəyin qiyməti dəyişə bilər, amma ağrılı şəkildə dəyişməyəcək, 5-10 tetri aralığında ola bilər".
InterPress.ge xəbər verir ki, bunu Çörəkçilər Assosiasiyasının sədri Malxaz Dolidze bildirib.
Onun sözlərinə görə, çörəyin qiymətində dəyişiklik Yeni ilə qədər baş verməyəcək.
“Təbii qazın qiymətindəki artım çörək bişirilən yerlərə şamil edilməyəcək. Bu çox yaxşı məlumatdır, çünki çörək məhsullarında təbii qazın payı təxminən 20%-dir. Una gəlincə, narahatedici məlumatlar var, dünya birjalarında buğdanın qiyməti 320 dollardan rekord həddə - 350 dollara qalxıb ki, bu da, çox baha və həyəcanvericidir.
Gürcüstan üçün bu, ona işarədir ki, vaxtında tədarük görməli, buğda istehsal etməlidir, çünki torpaq və su sahiblərimizdə buğdamız olmalıdır. Gürcüstanda digər ölkələrlə müqayisədə çörək məhsulları stabil və normal qiymətə malikdir.
Gündəlik olaraq nazir müavinləri səviyyəsində əlaqə var ki, birtəhər vəziyyətdən çıxılsın, çörəyin qiymətinin əhaliyi narahat etməsinə imkan verilməsin. Çörəyin qiyməti dəyişə bilər, amma ağrılı şəkildə dəyişməyəcək. 5-10 tetri aralığında dəyişə bilər, lakin bunu Yeni ildən qabaq gözləmirik", - Malxaz Dolidze Mtavari-yə bildirib.


