12 
May
2020
18:07
998

Levan Davitaşvili: "Fermerlərə birbaşa subsidiya, yardım ediləcək ki, işləri asanlaşdırılsın"

"Fermerlərə birbaşa subsidiya, yardım ediləcək ki, işləri asanlaşdırılsın və ucuzlaşdırılsın".

InterPress.ge xəbər verir ki, bu barədə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı naziri, Levan Davitaşvili hökumət administrasiyasında kənd tsərrüfatının anti-böhran planını təqdimatı zamanı bildirib.

Davitaşvilinin dediyinə görə, kənd təsərrüfatı fəaliyyətinə qatılmış fermer və istehsalçılara imkan veriləcək ki, dövlətdən əhəmiyyətli maliyyə yardımını alsınlar.

Kiçik torpağı olan fermerlərə yardım ilə bağlı, “kənd təsərrüfatı təyinatlı sahibkarların stimullaşdırılması” adlı yeni dövlət proqramı başlayır. Proqram kənd təsərrüfatı təyinatlı məhsulun və şumlama xidməti dəyərinin subsidiyasını nəzərdə tutur. Proqram ilə nəzərdə tutulmuş yardımın alınması üçün fiziki və hüquqi şəxslərin mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpağı olmalıdır. Bir hektar torpağa 200 larilik subsidiya nəzərdə tutulub.

Levan Davitaşvilinin dediyinə görə, proqramın büdcəsi 37 000 000 laridir və həyata keçirilməsi 2020-ci ilin 20 mayından başlayacaq.

Bizimlə əlaqə saxlayın