04 
Nybr
2021
19:12
2127

Nəqliyyat vasitələrinə icbari texniki baxış normaları sərtləşdirilir

Bütün kateqoriyalar üzrə nəqliyyat vasitələrinə icbari texniki baxış normaları sərtləşdirilir.

InterPress.ge xəbər verir ki, “Nəqliyyat vasitələri və onların qoşqularının dövri texniki baxışdan keçirilməsi haqqında” texniki reqlamentə əsasən aşağıdakılar məcburidir: yanğınsöndürən balonun, xəbərdarlıq üçbucağının və ilkin tibbi yardım aptek qutusunun vizual yoxlanması, həmçinin, səs-küyün qarşısının alınması sisteminin subyektiv qiymətləndirilməsi.

Eyni zamanda emissiya normaları da dəyişir.  Avtomobil emissiyaları - norma: sərbəst fırlanma anında 0,5% və yüklənmiş fırlanma anında 0,3% (2000 dövrədən az).

Reqlamentdəki dəyişikliklər üçün son tarix 1 yanvar 2022-ci ildir, lakin Nəqliyyat Vasitələrinə Texniki Baxış Mərkəzləri Assosiasiyasından verilən məlumata görə, hazırda məsələyə baxılır və ola bilsin ki, reqlamentə dəyişikliklər müvəqqəti olaraq təxirə salına bilər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər