Bizimlə əlaqəHaqqımızda—
Ən son:
TVCANLI

İlham Əliyev: Bu ilin on ayında Azərbaycan Cənub Qaz Dəhlizi ilə 14 milyard kubmetrdən çox qaz nəql edib

1,181
İlham Əliyev: Bu ilin on ayında Azərbaycan Cənub Qaz Dəhlizi ilə 14 milyard kubmetrdən çox qaz nəql edib
Dinləmək üçün basın

Cənub Qaz Dəhlizi layihəsinin başa çatdırılması Azərbaycan üçün, qonşularımız üçün, Avropa üçün tarixi nailiyyət oldu. Çünki bu, Avropa enerji təhlükəsizliyinin mühüm faktorudur, şaxələndirmə alətidir.

InterPress.ge AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev VIII Qlobal Bakı Forumunun açılışında çıxışı zamanı bildirib.

Dövlət başçısı deyib ki, bu ilin 10 ayı ərzində Azərbaycan bu marşrutla Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan və Bolqarıstana 14 milyard kubmetrdən çox qaz çatdırıb. Bu həcmin demək olar ki, yarısı Avropa İttifaqının istehlakçıları tərəfindən istifadə olunub.

“Azərbaycan qazının çatdırıldığı ölkələrdə qaz qiyməti böhranı yoxdur və heç kim soyuqdan donmayıb. Bu, bir daha onu göstərir ki, Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi layihəsidir”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Xəbəri qiymətləndir
Məqalənin müəllifiInterPress

Son xəbərlər

Aİ Ukraynaya 8 milyard avroyadək maliyyə dəstəyi ayıracaqGürcüstanda xaricdə tanınan ümumi təhsil proqramlarının tətbiqi qaydası dəyişirGASU “AGORA” adlı yeni beynəlxalq tələbə layihəsinə start veribGürcüstanda iribuynuzlu mal-qara və donuzların sayı son 20 ilin minimumuna düşübDünya bazarında qızıl və gümüş ucuzlaşmaqda davam edirSon xəbərlərə bax →