04 
Nybr
2021
11:36
578

Rustavidə aksiya iştirakçısını döyən şəxslər saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Rustavi şəhər şöbəsinin əməkdaşları isti təqib ilə həyata keçirdikləri əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində zorakılıq ittihamı ilə 2 nəfəri: 2000-ci il təvəllüdlü E.A. və 2001-ci il təvəllüdlü R.G.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər bu il noyabrın 3-də 12 saylı cəzaçəkmə müəssisəsinin qarşısında keçirilən aksiya iştirakçılarından birinə - 1999-cu il təvəllüdlü Q.B.-ya Rustavidəki mitinqdən qayıdarkən şifahi və fiziki təzyiqlər ediblər.

Zorakılıq faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər