03 
Nybr
2021
22:08
1438

Rustavidəki aksiyadan qayıdan vətəndaş hücuma məruz qaldı

Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsi yaxınlığında keçirilən aksiyadan qayıdan vətəndaş hücuma məruz qalıb.

InterPress.ge xəbər verir ki, vətəndaşın sözlərinə görə, döyülməsinə səbəb onun sosial şəbəkədəki fəaliyyəti və “Gürcü Arzusu”nu tənqid etməsi olub.

“Mən konkret səbəbdən evə qayıdırdım, bu zaman 3 nəfər aksiyadan sonra məni təqib edərək fiziki təzyiq göstərdilər. Onlardan biri “Gürcü Arzusu”na simpatiyası ilə tanınan Erekle Abzianidzedir.

Arxamdan üç nəfər gəlirdi. Onu iki nəfər müşayiət edirdi. Məni təhqir etdilər. Niyə facebookda aktivsən, sənin bu fəaliyyətin bizi qıcıqlandırır, xoşumuza gəlmir dedilər və ona görə də fiziki hücum etdilər.

Aksiyadan gəlirdim, yanacaqdoldurma məntəqəsinin qaranlıq hissəsində hücuma keçdilər. Polis orada idi, ancaq saxlaya bilmədi. Patrul polisi tərəfindən protokollar tərtib edildi", - Qiorqi Balqamişvili bildirib.

Döyülən şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər