03 
Nybr
2021
13:10
494

Oktyabr ayında ən çox tərəvəz bahalaşıb

Oktyabrda illik inflyasiya 12,8 faiz təşkil edib.

InterPress.ge xəbər verir ki, bu barədə Geostat-ın hesabatında qeyd olunub.

Milli Statistika Xidmətinin hesabatına görə, ərzaq məhsullarının və alkoqolsuz içkilərin qiymətləri 18,4 faiz bahalaşıb. Geostat-ın hesabatına görə, oktyabr ayında ərzaq məhsullarından ən çox 43.0 faizlə tərəvəz və bağçılıq məhsulları bahalaşıb. Dur yağ və kərə yağlarının qiymətləri 31,6 faiz artıb.  Çörək və çörək məhsullarının qiymətləri 19,4 faiz bahalaşıb. Süd, pendir və yumurta 18,2 faiz bahalaşıb. Qənd, mürəbbə və digər şirniyyatların qiymətləri 18,0 faiz bahalaşıb. Balığın qiyməti 16,0 faiz artıb.  Mineral və bulaq sularının, alkoqolsuz içkilərin və təbii şirələrin qiymətləri 13,0 faiz artıb. Ət və ət məhsulları 11,2 faiz, meyvə və üzüm 9,3 faiz, qəhvə, çay və kakao 6,4 faiz bahalaşıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər