03 
Nybr
2021
11:01
671

Gürcüstanda koronavirusa yoluxanların sayı kəskin artdı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 6 024 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 732 965 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 818 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 673 640 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 49 nəfər ölüb və ölənlərin ümumi sayı 10 185 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər