03 
Nybr
2021
10:55
1010

Təbii qazın qiyməti kimlər üçün artırılır? - Açıqlama

Təbii qazın tarifləri vətəndaşlar üçün bahalaşmayacaq.

InterPress.ge xəbər verir ki, bu barədə Energetika və Su Tənzimləmə Komissiyasının məlumatında deyilir.

"GNERC ictimai marağın yüksək olması ilə əlaqədar olaraq, təbii qazın istehlak tarifinin vətəndaşlar üçün artmayacağına aydınlıq gətirir.  Tbilisidə, "Tbilisi Energy”-nin məişət müştəriləri üçün, eləcə də regionlarda – “SOCAR Georgia Gas”, “Sakorgaz” və “İnter Gas” şirkətlərinin məişət müştəriləri üçün tariflər 31 dekabr 2022-ci il tarixinədək müəyyən edilib.

Bu il noyabrın 1-də “SOCAR Georgia Gas” və “İnter Gas” şirkətlərinin təbii qaz tarifinin dəyişdirilməsi ilə bağlı yaydıqları bəyanat yalnız qeyri-məişət istehlakçılarına şamil olunur. GNERC bu kateqoriyadan olan müştərilər üçün təbii qazın tədarükü/istehlak tarifləri təyin etmir.  Komissiya yalnız qeyri-məişət istehlakçıları üçün daşıma və paylama tariflərini müəyyən edir.

Gürcüstanın energetika nazirinin 25 sentyabr 2007-ci il tarixli 69 nömrəli əmrinə əsasən, qeyri-məişət abonentlərinə təbii qaz təchizatı fəaliyyətləri tənzimlənib və GNERC tarif qaydalarını müəyyənləşdirmir. Müvafiq olaraq, şirkətlər qeyri-məişət abonentlərinə tədarük olunan təbii qazın qiymətini bazar prinsiplərinə uyğun müəyyən edir və dəyişiklik baş verdikdə, onları bir ay əvvəldən xəbərdar etməyə borcludurlar”, - deyə məlumatda bildirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər