03 
Nybr
2021
10:23
988

Saakaşvilinin səhhəti ilə bağlı şəxsi həkimi açıqlama verdi

Saakaşvilinin səhhəti ilə bağlı ən son məlumatlar açıqlanıb.

InterPress.ge xəbər verir ki, Gürcüstanın üçüncü prezidentini Rustavi həbsxanasında şəxsi həkim ziyarət edib.

"Bu gün dünənkindən daha zəif idi, ona görə də sabah testlər keçirmək qərarına gəldik. Əvvəllər edilənləri təkrar edəcəyik. Sabah testlər edəcəyik, sonra təhlil aparacağıq. İndi iki komissiya var, əvvəlki komissiya və yenisi alternativdir, yəqin ki, hamını bir yerə çağırıb bir nəticə çıxaracağıq.

Zəifləyib. Təzyiq oyunu var, nəbzi müxtəlif olur.  Xəstəxanaya yerləşdirilməsini xahiş edəcəm, amma şura qərar verəcək. Həbsxananın həkimləri ilə birlikdə prezidentdən başqa bir test keçirməyi xahiş etdik, çünki vəziyyətini bəyənmirik və o, razılaşdı”, - Nikoloz Ğipşidze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər