Noyabrın 8-dək olan hava proqnozu açıqlandı
Noyabrın 3-də Şərqi Gürcüstanda hava şəraitinin əsasən isti və yağmursuz keçəcəyi gözlənilir.
InterPress.ge xəbər veririr ki, bəzi yerlərdə az miqdarda yağıntı müşahidə oluna bilər.
Havanın temperaturu +20, +21 dərəcə təşkil edəcək.
Noyabrın 4-dən 6-na kimi hava şəraiti pisləşəcək. Yağış və temperaturun +15, +16 dərəcəyə enəcəyi gözlənilir.
Noyabrın 7-8-də isə Şərqi Gürcüstanda hava açılacaq, havanın temperaturunun +20 dərəcəyədək yüksələcəyi gözlənilir.
Sinoptiklər noyabrın 6-dək Qərbi Gürcüstanda havanın isti və yağmursuz keçəcəyini proqnozlaşdırırlar. Havanın temperaturu +21, +22 dərəcə təşkil edəcək.
Noyabrın 7-8-də qərbdə yağış yağacağı, ancaq temperaturun əhəmiyyətli dərəcədə aşağı düşməsi gözlənilmir.
Noyabrın 3-də Tbilisidə yağıntı olmayacağı, +20 dərəcə isti olacağı gözlənilir.
Noyabrın 4-6-da havanın temperaturunun +16 dərəcəyə enəcəyi, yağış yağacağı gözlənilir.
Noyabrın 7-8-də paytaxtda hava açılacaq, havanın temperaturu +20 dərəcəyədək yüksələcək.
Noyabrın 3-də yüksək dağlıq ərazilərdə yağıntı gözlənilmir. Havanın temperaturu +15, +16 dərəcə təşkil edəcək.
Noyabrın 4-dən noyabrın 8-dək dağlıq rayonlarda qısamüddətli yağış yağacağı, havanın temperaturunun gündüz +12, +14 dərəcəyə enəcəyi gözlənilir.


