02 
Nybr
2021
12:26
2058

Bu şəxslər üçün təbii qazın qiyməti artırılır

2021-ci il dekabrın 1-dən “SOCAR Georgia Gas”ın qeyri-məişət abonentləri üçün 1 m3 təbii qazın qiyməti 20 tetri bahalaşaraq 1,15 tetri olacaq.

InterPress.ge xəbər verir ki, bu barədə “SOCAR Georgia Gas”dan məlumat verilib.

Məlumata görə, qazın qiymətinin artmasının əsas səbəblərindən biri milli valyutanın ucuzlaşmasıdır.

“1 dekabr 2021-ci il tarixindən etibarən “SOCAR Georgia Gas” Ltd-nin pərakəndə qeyri-məişət abonentləri üçün 1 m3 təbii qazın pərakəndə satış qiyməti ƏDV daxil olmaqla 1,15 (bir lari və on beş tetri) lari müəyyən ediləcək. Qeyri-məişət abonentləri üçün təbii qazın qiyməti son iki il yarımdır ki, “SOCAR Georgia Gas” Ltd tərəfindən qorunub saxlanılır. Qiymətlərin tənzimlənməsinə ehtiyac xidmət xərclərinin artması və milli valyutanın məzənnəsinin dəyişməsi ilə şərtlənir. Eyni zamanda, qazın qiyməti çörək şirkətləri üçün olduğu kimi qalacaq", - "SOCAR Georgia Gas"dan bildiriblər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər