02 
Nybr
2021
12:09
327

Polis Tbilisidə bir nəfəri saxladı

Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin əməkdaşları həyata keçirdikləri əməliyyat-istintaq və axtarış tədbirləri nəticəsində 1998-ci il təvəllüdlü V.Ç.-ni qəsdən adam öldürmək ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayır.

İstintaqla müəyyən edilib ki, cari il oktyabrın 31-də V.Ç. gecə saatlarında Tbilisidə, Q. Axvledini küçəsində yerləşən masaj salonlarından birində işləyən xarici ölkə vətəndaşı transseksual qadına soyuq silahla çoxsaylı xəsarətlər yetirib və o yerindəcə dünyasını dəyişib.

“Təqsirləndirilən şəxs eyni kabinədə olan başqa bir transseksual qadına da xəsarət yetirərək hadisə yerindən qaçıb. Yaralı vətəndaşın həyatı təhlükədə deyil.

Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən isti təqiblə həyata keçirilmiş istintaq-axtarış tədbirləri nəticəsində V.Ç. Tbilisidə saxlanıldı. Polis cinayət silahını - bıçağı sübut kimi götürdü.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə qəsdən adam öldürmə faktı üzrə araşdırma aparılır. Cinayət 7 ildən 15 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur”, - deyə Daxili İşlər Nazirliyindən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər