“SOCAR” yanacaqdoldurma məntəqəsinə gələn müştərilərə daha bir yenilik təqdim edir
“SOCAR” yanacaqdoldurma məntəqəsinə gələn müştərilərə daha bir yenilik təqdim edir.
InterPress.ge xəbər verir ki, ölkə üzrə 7 stansiyaya gələn müştərilər İsveçin “Brick” şirkətinin powerbankı ilə qarşılanacaq.
"Brick" bir neçə müxtəlif kabellərlə təchiz olunub, onların vasitəsilə istənilən növ telefonu şarj edə bilərsiniz.
"Brick" powerbank-ı onun cihazından QR kodunu skan edərək aktivləşdirə bilərsiniz. SOCAR müştəriləri üçün şarj cihazından 30 dəqiqə istifadə pulsuzdur. Sonra 1 saatın qiyməti 3 lari, 2 saatın qiyməti 5 lari olur. “Brick”in bütün günlük icarəsi 7 laridir. İstəyənlər eyni və ya başqa stansiyaya gedəndə powerbankı geri qaytara bilərlər. Bütün stansiyalara Brick tətbiqi xəritəsində baxmaq olar.
Bu mərhələdə “Brick” SOCAR-ın aşağıdakı stansiyalarında mövcuddur:
Tbilisi, Ağmaşenebeli xiyabanı 97;
Tbilisi, Marşal Qelovani prospekti;
Zestaponi;
Dapnari;
Batumi, Heydər Abaşidze küçəsi, 91;
Batumi, Tamar Mepe prospekti (Barçxana);
Tercola;
Qori;
Bakuriani;
Stepancminda (Kazbeqi)
“SOCAR” şirkəti müştəriləri yanacaqla yanaşı, yanacaqdoldurma məntəqələrində tam avtomobil xidməti ilə də təmin etməyi qarşısına məqsəd qoyub. Bundan əlavə, stansiyaların əksəriyyətində mağazalar, fast food restoranları, kafelər, elektromobillər üçün şarj cihazları və indi də telefonlar üçün powerbanklar var.


