31 
Okt
2021
20:47
1248

Mamuka Xazaradze parlament mandatını tərk etdi

Mamuka Xazaradze parlamentin qarşısında mitinqə toplaşanlara müraciət edib.  

InterPress.ge xəbər verir ki, Xazaradze hakimiyyətin qeyri-legitim olduğunu və seçkilərdə səslərin hökumət komandası tərəfindən oğurlandığını bildirib.

“Lelo” lideri daimi mitinqlər elan edərək, parlamenti və deputat mandatını küçədə mübarizə, xalqın yanında olmaq üçün tərk etdiyini bildirib.

“İki il əvvəl siyasətə gəldim. İki il ərzində mənə qarşı şəxsi təhqirlər bitmədi, amma irəliləyəcəyəm, bu mənə təsir etmir.

Mən siyasətə stul üçün gəlməmişəm, bu binadakı təcrübəm mənə deyir ki, kürəyinə bıçaq vuran, səsləri əlindən alan adamlarla iş görməyin mənası yoxdur. Beləliklə, mən qərar verdim. Mən parlamenti tərk edirəm. Küçələrdə azad Gürcüstan və uşaqlarımız üçün mübarizəni davam etdirmək üçün tərk edirəm", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər