Gürcüstanın hökumət administrasiyası və parlamentin ətrafına hüquq-mühafizə orqanları səfərbər olunub.
InterPress.ge xəbər verir ki, bu, yəqin ki, müxalifətin bu gün Rustaveli prospektində planlaşdırdığı yığıncaqla bağlıdır.
Bu gün müxalifət liderləri Rustaveli prospektində fəaliyyət planı təqdim edəcəklər.

