Paytaxtda keçirilən mer seçkilərinin ikinci turunda “Gürcü arzusu”nun merliyə namizədi Kaxa Kaladze öndədir.
InterPress.ge xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilən ilkin məlumatda qeyd olunur
MSK-nın ilkin məlumatlarına görə, “Gürcü arzusu”nun namizədi Kaxa Kaladze 55,96 faiz, “Milli Hərəkat”ın namizədi Nikanor Melia isə 44,04 faiz səs toplayıb.
MSK-nın məlumatına görə, 769 seçki məntəqəsindən 107-si (13,914%) sayılıb.
