30 
Okt
2021
20:56
2110

Kaladze ilkin exit-pol nəticələrindən sonra açıqlama verdi: "Sevinirəm ki..."

"Hər kəsi təbrik edirəm, çox xoşbəxtəm, çox şadam ki, ikinci turda qalib gələ bildik. Biz sadəcə olaraq qələbə deyil, layiqli qələbə qazana bildik".

InterPress.ge xəbər verir ki, paytaxt merliyinə namizəd Kaxa Kaladze tərəfdarlarına özünü idarəetmə seçkilərinin ikinci turunun “exit-polu”nun nəticələrinin elan olunmasından sonra belə müraciət edib.

Kaxa Kaladze səs verən hər kəsə təşəkkür edib və yorulmaz əməklə şəhərə xidmət etməyə hazır olduğunu bildirib.

“Şəhər, yenidənqurma, inkişaf, əmin-amanlıq, sabitlik baxımından seçkilərdə iştirak edən, düzgün addım atmış, düzgün seçim edən hər bir tərəfdarıma, bütün insanlara minnətdaram. Tbilisinin bu gün ən çox ehtiyacı olan şey inkişaf, yenidənqurma, sülh və sabitlikdir. Bu sizin xidmətinizdir və buna görə çox sağ olun.

Dostlarım, təbii ki, komandamla birlikdə 24 saat bu şəhərə xidmət etməyə hazıram. Siyasi baxışından asılı olmayaraq, bu şəhərdə yaşayan hər bir insan üçün yorulmadan çalışmağa hazıram. Söz vermişəm ki, hamının meri olacağam, hamının meri olmuşam və gələcəkdə də fəaliyyətimi bu cür davam etdirməyi planlaşdırıram. Təbii ki, biz MSK-nın yekun məlumatları dərc etməsini gözləyəcəyik, təbii ki, hər kəsə hörmətlə yanaşırıq və növbəti gündən konkret layihələrin icrasına başlayacağıq. Bu infrastruktur, abadlıq, sosial, səhiyyə sahəsidir. Bu şəhər üçün həyatı önəm daşıyan işlərdir. Hamını qələbə münasibətilə təbrik edirəm. İlk gündən iştirak edən, Kaxa Kaladzeyə dəstək verən, “Gürcü Arzusu”-nu və qələbəmizi dəstəkləyən gənclərə təşəkkür edirəm”, – deyə Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər