30 
Okt
2021
20:52
2676

İrakli Ğaribaşvili seçiciləri təbrik etdi

İlkin məlumatlara əsasən , biz bütün munisipalitetlərdə qalib gəlmişik".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili “İmedi”nin sifarişi ilə “Qorbi”nin həyata keçirdiyi “exit-pol”un ilkin nəticələrinin dərc olunmasından sonra bildirib.

Bununla yanaşı, İrakli Ğaribaşvili seçicilərə seçkilərdə iştirak etdiklərinə görə, təşəkkür edib.

“İkinci turun qələbə ilə başa çatması münasibətilə hər kəsi təbrik etmək istəyirəm. Tərəfdarlarımıza minnətdaram, hər şeyə görə şəhərimizə minnətdaram. Seçkilər çox yaxşı və sakit keçdi. İlkin məlumatlara görə, biz bütün munisipalitetlərdə qalib gəlmişik. Yekun məlumatların açıqlanmasını sakitcə gözləməliyik. Mən Kaxa Kaladzeni Tbilisi meri kimi qələbəsi münasibətilə təbrik etmək istərdim. Həmçinin, bütün merləri, bütün namizədlərimizi təbrik etmək istəyirəm, bir daha sizə təşəkkür edirəm”, -deyə İrakli Ğaribaşvili bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər