Xüsusi Penitensiar Xidmət 12 saylı cəzaçəkmə müəssisəsinin ərazisində xüsusi səfərbərliyin olduğuna dair yayılan məlumatlara münasibət bildirdi
Xüsusi Penitensiar Xidmət bildirib ki, 12 saylı cəzaçəkmə müəssisəsinin ərazisində xüsusi səfərbərlik olduğu, xüsusi təyinatlıların və polis konvoylarının gətirilməsi barədə yayılan məlumat həqiqətə uyğun deyil və ictimaiyyəti çaşdırmaq üçün növbəti cəhddir.
InterPress.ge Penitensiar Xidmətin bəyanatını dəyişməz olaraq təqdim edir:
“Bildirmək istərdik ki, yayılan görüntülər 12 saylı müəssisənin ərazisi deyil, Xüsusi Penitensiar Xidmətin Rustavidə yerləşən Xarici Mühafizə və İnformasiya-Texniki Təhlükəsizlik Baş İdarəsinin bazasıdır.
Məlumat üçün bildirək ki, oktyabrın 1-də Xüsusi Penitensiar Xidmət Daxili İşlər Nazirliyinə müraciət edərək təhlükəsizlik normalarına maksimum dərəcədə əməl olunması üçün əlavə qüvvələrin ayrılması ilə bağlı müraciət etdi və o, İnformasiya-Texniki Təhlükəsizlik Baş İdarəsinin bazasına yerləşdirilib.
Görüntülərdə Daxili İşlər Nazirliyinin əlavə qüvvələrinin rotasiya prosesi əks olunub və 12 saylı müəssisənin yaxınlığında xüsusi səfərbərlik aparılmır”, - deyə Xüsusi Penitensiar Xidmətin açıqlamasında bildirilir.


