30 
Okt
2021
10:52
559

Gürcüstanda koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 610 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 715 865 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 2 624 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 655 129 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 42 nəfər ölüb və ölənlərin ümumi sayı 10 003 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər