29 
Okt
2021
14:48
1659

Mixail Saakaşvili 30 oktyabr seçkiləri ilə bağlı seçicilərə müraciət etdi

"Bilmənizi istəyirəm ki, mənim həyatımın davamı bütünlüklə sizin sabahkı qərarınız və Gürcüstanın qələbəsi ilə bağlıdır".

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilinin vəkili Qiorqi Qelxauri 12 saylı cəzaçəkmə müəssisəsindən ayrıldıqdan sonra jurnalistlərə təqdim etdiyi müraciətində deyilir.

Saakaşvili seçiciləri seçkilərin ikinci turunda fəal olmağa çağırıb.

“Sabah ikinci turdur və bu, Gürcüstan demokratiyası, bizim gələcəyimiz və mənim həyatım üçün çox vacibdir. Bilməyinizi istəyirəm ki, mənim həyatımın davamı tamamilə sizin sabahkı qərarınızla və Gürcüstanın qələbəsi ilə bağlıdır. Bu gün aclığım tam gücü ilə davam edir, amma hər birinizə ümidim var, yəni qalib olacağımız sabaha ümid edirəm.

Xahiş edirəm seçkiyə getməyə hazırlaşmayan bütün qohumlarınıza, yaxınlarınıza  günün sonunda və ya səhər zəng edib seçkilərə getmələrini söyləyin. Hər bir insanın iştirakı son dərəcə vacibdir. Həmçinin, səsləri qorumaq üçün sabah axşam yenidən seçki məntəqələrində toplaşmağınızı xahiş edirəm. İvanişvili bizi özünə tabe etmək istəyir, indi Gürcüstanın taleyi və mənim taleyim sizin əlinizdədir.

Mən qələbə və cəmiyyətin qələbə ilə barışması və bütövləşməsinə, yaraların sağalmasına, fərqli baxışları olan insanların ümumi irəliləyişinə və uğuruna inanıram; Allah bizim qoruyucumuz olsun”, - deyib Mixail Saakaşvili.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər