29 
Okt
2021
13:50
562

Daxili İşlər Nazirliyi müxtəlif növ qanunsuz odlu silah və külli miqdarda sursat götürdü

Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları 1960-cı il təvəllüdlü P.S.-ni qanunsuz olaraq odlu silah almaq, saxlamaq və gəzdirmək ittihamı ilə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi bəyanat yayır.

Məlumata görə, təqsirləndirilən şəxs Qardabani bələdiyyəsinin Krtsanisi kəndində saxlanılıb və onun şəxsi yoxlanması zamanı “Makarov” sistemli tapança, pnevmatik tapança, habelə döyüş sursatı, pul – 11.200 dollar, 50 avro və 3.695 lari sübut kimi götürülüb. 

Polis Krtsanisidə saxlanılan şəxsin evində aparılan axtarış nəticəsində əl qumbarası və partlayıcı qurğu götürüb.

Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisidə, P.S.-nin yaşadığı mənzilə baxış zamanı 3 ədəd “TT” konstruksiyalı tapança, Makarov sistemli tapança, “Kompakt” və “Arcus” markalı 2 tapança, 2 ədəd “Geko” tipli silah, 4 ədəd hamar lüləli ov tüfəngi və 3 tüfəng, təlim qumbarası və müxtəlif növ silahlar üçün 4182 patron götürüblər. Həmçinin, 36 700 dollar  sübut kimi götürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qanunsuz olaraq odlu silah-sursat əldə etmə, saxlama və gəzdirmə faktı ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü və 4-cü hissələri ilə araşdırma aparılır.

Cinayətdə 4 ildən 7 ilə qədər həbs cəzası nəzərdə tutulur.

 

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər