Ğaribaşvili Saakaşvilinin aclıq aksiyası ilə bağlı: "Qanunda göstərilir ki, insanın intihar etmək hüququ var"
"Qanunda göstərilir ki, insan intihar etmək qərarına gəldiyi halda intihar etmək hüququna malikdir, lakin dövlət buna görə məsuliyyəti öz üzərinə götürə bilməz".
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Ğaribaşvili Mixail Saakaşvilinin aclıq aksiyası ilə bağlı deyib.
Ğaribaşvilinin sözlərinə görə, Gürcüstanın üçüncü prezidenti lazım gələrsə, Qldani xəstəxanasına aparılacaq.
"Əvvəla, məhbus, nə istəyir, niyə aclıq aksiyası keçirir? 10 min məhbusumuz var, hamı aclıq aksiyasına başlasa və həbsxanada olmamalarını və mülki klinikalara aparılmasını tələb etsə, təsəvvür edirsinizmi, nə olacaq? Bu xaosdur, dövlət deyil. Biz və ölkə əlbətdəki, bu adamın ağlı ilə hərəkət etmirik, o, uzun müddət həbsdə qalacağını dərk etməlidir. Sonunu bilmirəm, üstəlik, qanunda qeyd olunur ki, insanın intihar etmək hüququ var, əgər insan intihar etməli olduğuna qərar veribsə, özünü öldürə bilər, amma təbii ki, dövlət bu məsuliyyəti öz üzərinə götürə bilməz. O, məhkum kimi Penitensiar Xidmət tərəfindən mükəmməl tibbi xidmətlə təmin olunsa da, biz həkim qrupları yaratmışıq, gündəlik nəzarətdə saxlayırıq və onun üçün hər cür rahatlıq yaradılıb ki, heç bir sual qalmasın. Lazım gəlsə, onu Qldani xəstəxanasına da aparacağıq", - baş nazir İmedi TV-də deyib.


