28 
Okt
2021
20:41
499

Kaladze: "Saakaşvilini aclıq aksiyasına heç kim məcbur etməyib"

"Heç kim Saakaşvilini aclıq aksiyası keçirməyə və yemək yeməməyə məcbur etməyib, bu onun məsuliyyətidir".

InterPress.ge xəbər verir ki, bu barədə jurnalistlərə paytaxt meri Kaxa Kaladze deyib.

Kaxa Kaladzenin qeyd etdiyinə görə, aclıq aksiyasına görə məsuliyyəti aclıq elan edən daşıyır.

"Aydındır ki, məsuliyyəti aclıq elan edənin özü daşıyır.  Heç kim Saakaşvilini aclıq aksiyası keçirməyə və yemək yeməməyə məcbur etməyib, bu, onun məsuliyyətidir.  Ehtiyac olarsa, penitensiar xidmət onu klinikaya aparmağa və müvafiq tədbirlər görməyə hazırdır”, – Kaxa Kaladze bildirib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər