28 
Okt
2021
20:32
4471

Mixail Saakaşvili: "İvanişvilinin hakimiyyəti başa çatıb"

Rustavi həbsxanasında olan Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili növbəti məktubunu paylaşıb.

InterPress.ge xəbər verir ki, Saakaşvili dünən “Gürcü Arzusu”nun paytaxtda, müxalifətin isə Zuqdididə keçirdiyi mitinqə münasibət bildirib. 

Üçüncü prezident vətəndaşları seçkilərdə iştirak etməyə çağırıb.

“Dünənki biabırçı, zorakı mitinq və Zuqdididən gördüklərimiz mənə aydın şəkildə göstərdi ki, İvanişvilinin hakimiyyəti başa çatıb. İndi bunu 30 oktyabrda rəsmiləşdirmək lazımdır. Dünən və bu gün əlaqə saxladığım bir neçə təcrübəli ukraynalı deputatda da məhz eyni təəssürat yaranıb. Onların fikrincə Gürcü Arzusu Yanukoviçin son mərhələsindədir və gürcü xalqı ilə Gürcüstanda tamamilə yeni dövr başlayacaq, feodalizm, tək adam idarəçiliyi başa çatacaq və biz sürətlə Avropa demokratiyasına, inkişaf və rifah yoluna keçəcəyik”, - deyə Saakaşvilinin məktubunda deyilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər