11 
May
2020
19:09
1011

GGYM Təşkilatı 300-ə yaxın aztəminatlı ailəyi sevindirdi - FOTO

Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatı, Türkiyədə fəaliyyət göstərən Aziz Mahmud Hüdayi Vəqfinin maddi dəstəyi ilə 9 və 10 may tarixlərində Gürcüstanın Tbilisi, Marneuli, Qarabani, Bolnisi və Tetricğaro (Ağbulaq) bölgələrində yaşayan aztəminatlı və ehtiyac sahibi ailələrə Ramazan ayı münasibəti ilə ərzaq yardım edib.

InterPress.ge xəbər verir ki, yardım 300-ə yaxın ailəyə paylanıb.

Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə Təşkilatının sədri Musa Hacıyevin bildirdiyinə görə, bu çətin dövrü nəzərə alaraq Aziz Mahmud Hüdayi Vəqfinin dəstəyi ilə hazırlanmış ərzaq paketlərini keçən illərə nisbətən daha zəngin hazırlanıb. Həmçinin pandemiya səbəbi ilə bu il daha çox ərzaq yardımına əlavə edilib. Bu səbəblə də həm yardım paketinin sayı həm də içindəki ərzaqlar artırılıb.

Musa Hacıyev edilən bu yardıma görə həm təşkilat həm də Gürcüstan xalqı adından Aziz Mahmud Hüdayi Vəqfinə təşəkkürünü bildirib.

Bizimlə əlaqə saxlayın