Tbilisidə “Etnik azlıq gənclərinin bərabərlik və sülh axtarışı” adlı regional forum keçirilir - FOTO
Tbilisidə, Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində Gürcüstanın azərbaycanlı gənclərinin “Etnik azlıq gənclərinin bərabərlik və sülh axtarışı” adlı regional forum keçirilir.
InterPress.ge xəbər verir ki, forum Müdafiə və Təhlükəsizlik üzrə Mülki Şura, “Maks Plank Beynəlxalq Sülh və Qanunun Aliliyi Fondu” ilə birlikdə, Almaniya hökumətinin dəstəyi ilə azərbaycanlı gənclərin təşəbbüs qrupu və Gürcüstan Azərbaycanlılarının İnteqrasiyası Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
Forumun məqsədi etnik azərbaycanlı gəncləri narahat edən məsələlər, problemlərin dinlənilməsi və bu məsələləri hökumətin gündəminə gətirməkdir.
Forum çərçivəsində Kvemo Kartli bölgəsinin sosial və ictimai həyatına həsr olunan qısametrajlı film nümayiş etdiriləcək və inşa müsabiqəsinin qalibləri mükafatlandırılacaq.
Tədbirdə Azərbaycanın Gürüstandakı səfirliyinin birinci katibi Anar Rəsulov, parlamentin millət vəkili Tariel Nakaidze, QHT təmsilçiləri, fəal gənclər və araşdırmaçılar iştirak edirlər.



