27 
Okt
2021
16:19
473

Mixail Saakaşvili tibbi yardımdan imtina etdi

Gürcüstanın məhkum/təqsirləndirilən üçüncü prezidenti Mixail Saakaşvili tibbi yardımdan imtina edib.

InterPress.ge xəbər verir ki, bu barədə onun ukraynalı həkimi jurnalistlərə bildirib.

Saakaşvili ilə görüşdən sonra həkimin izah etdiyinə görə, o, tam hüquqi yardım ala bilmədiyi üçün etiraz əlaməti olaraq bu qərarı verib.

“Onun müalicə olunmaması qərarı sağlamlıq risklərini daha da artırır. O, aclığa son qoymur. Ona qanuni yolla özünü müdafiə etmək imkanı vermirlər, amma sona qədər mübarizə aparacaq. Bunun necə olacağını bilmirəm, amma onun tibbi yardım alması lazımdır. Onun məlumatlarına və həyati parametrlərinə daim nəzarət etmək lazımdır. Bütün alətlərim var və bu gün onu tibbi müayinədən keçirməyə hazıram", - deyə o söyləyib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər