Sinoptiklər noyabrın 1-dək Gürcüstanda gözlənilən hava şəraitini açıqladı
Qərbi Gürcüstanda noyabrın 1-dək isti və yağmursuz hava şəraiti davam edəcək. Havanın temperaturu +17, +22 dərəcə təşkil edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayır.
Oktyabrın 27 və 30-da Şərqi Gürcüstanın bəzi yerlərində az yağış yağacaq, duman olacaq. Havanın temperaturu +9, +14 dərəcə təşkil edəcək. Digər günlərdə yağış gözlənilmir, havanın temperaturu +12, +17 dərəcəyədək yüksələcək.
Noyabrın 1-dən ölkənin əksər rayonlarında isti və əsasən yağmursuz hava şəraiti gözlənilir.
Oktyabrın 27 və 30-da Tbilisidə az yağış yağacağı, duman olacağı gözlənilir. Havanın temperaturu +10, +12 dərəcə təşkil edəcək, digər günlərdə yağış gözlənilmir, havanın temperaturu +14, +16 dərəcəyədək yüksələcək. Noyabrın 1-dən hava 4-5 dərəcə istiləşəcək.


