27 
Okt
2021
10:51
563

Son 24 saat ərzində koronavirusa yoluxanların sayı açıqlandı

Gürcüstanda yeni növ koronavirusa (COVID-19) son 24 saat ərzində 4 337 yeni yoluxma halı qeydə alınıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Milli Xəstəliklərə Nəzarət Mərkəzi yayıb.

Bununla da ölkədə virusa yoluxanların ümumi sayı 703 281 nəfərə çatıb.

Sağalanların sayına gəldikdə isə, ölkədə son 24 saat ərzində 3 137 sağalma qeydə alınaraq ümumi sağalanların sayı 642 701 nəfər təşkil edib.

Eyni zamanda bildirilir ki, bu gün koronavirusdan daha 42 nəfər ölüb və ölənlərin ümumi sayı 9 873 nəfər təşkil edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər